Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Maşınları tüninq etmək hansı problemlərə səbəb ola bilər? - VİDEO
Kimisi avtomobilinin buferini dəyişdirir, kimisi disklərə enli şinlər taxdırır, kimisi də mühərrikin at gücünü artırır. Avtomobillərdə konstruksiya dəyişikliyi etmək istəyənlər adətən bu və ya buna bənzər üsullara əl atırlar.
“Xəzər Xəbər” mövzunu araşdırıb.
Avtomobil ustası olan Dəniz Ağabəyli bildirib ki, nəqliyyat vasitələri ölkəyə standartlara uyğun daxil olur. Amma bəzi sürücülər sonradan avtomobillərin üzərində müxtəlif dəyişikliklər etdirirlər. Xüsusilə idman üslublu maşın həvəskarları belə dəyişikliklərə daha çox can atırlar.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli qeyd edib ki, avtomobilin istismar qaydalarına müdaxilə qanunla qadağandır:
“Nəqliyyat vasitəsinin yaylarını kəsmək, onun işıq cihazlarına müdaxilələr etmək, sükan sisteminə müdaxilə etmək, əlavə avadanlıqların quraşdırılması və yaxud da dəyişdirilməsi, həmin nəqliyyat vasitəsinin təhlükəsizlik tədbirlərini vaxtında görüb yol-nəqliyyat hadisəsindən yayınması imkanlarını azaldır. Hər bir sürücü avtomobilin texniki təhlükəsizliyini onun digər maraqlarına qurban verməməlidir”.
Araz Əsgərli bildirib ki, nəqliyyat vasitəsində bu cür dəyişikliklər aşkarlanan sürücüləri 150 manat məbləğində cərimə gözləyir.