Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Kim Çen In öz hərəkəti ilə dünyanın diqqət mərkəzində
Şimali Koreyada güclü yağışlar daşqınla nəticələnib. Təbii fəlakət nəticəsində minlərlə insan təxliyə edilib. KXDR rəhbəri Kim Çen In özü zərər çəkmiş rayonların sakinlərinin xilas edilməsi və təxliyə işlərinə rəhbərlik edib.
Oxu.Az-ın məlumatına görə, bu barədə Mərkəzi Teleqraf Agentliyi (KCNA) xəbər yayıb.
Bildirilir ki, leysan nəticəsində Amnok çayının su səviyyəsi təhlükəli həddi xeyli keçib. Beş mindən çox sakin subasma riski olan rayonlardan təcrid olunub.
Kim Çen In bu rayonlara baş çəkib və yağışdan zərər çəkmiş ərazinin sakinlərinin xilasetmə işlərinə rəhbərlik edib.
"Xilas edilmiş sakinlər, güclü küləkli və yağışlı hava şəraitində hava limanında onları gözləyən Kim Çen Inla gözlənilmədən qarşılaşdıqda, sonsuz həyəcan və minnətdarlıqdan göz yaşlarını saxlaya bilmədilər", - deyə KCNA-da vurğulanıb.
KXDR liderinin göstərişi ilə əməliyyata Koreya Xalq Ordusunun Hərbi Hava Qüvvələrinin helikopterləri və Hərbi Dəniz Qüvvələrinin xilasetmə gəmiləri, həmçinin 10-dan çox helikopter cəlb olunub.
Qeyd olunur ki, 6 saat ərzində 4.2 mindən çox insan xilas edilib.
"Kim Çen In" teqi üzrə xəbərlər
- Kim Çen In: "Heç vaxt bu qədər yüksək risk olmayıb"
- Kim Çen In orduya tam döyüş hazırlığında olmağı tapşırıb
- ABŞ-də seçki ərəfəsində KXDR hərbi gücünü göstərir: Bir həftədə ikinci dəfə raket sınaqları keçirdi
- Cənubi Koreya kəşfiyyatı: "Kim Çen Ina sui-qəsd təşkil edilə bilər"
- Kim Çen Inın bacısı Ukraynanı və Cənubi Koreyanı quduz itlərə bənzədib