Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
İguana-Qodzilla və quruda sürünən ilanbalığı: Dünyanı heyran edən təbiətin görünməyən üzü
Hər il möhtəşəm fotoları ilə dünyanı heyran edən və təbiətin görünməyən üzünü bizə təqdim edən "Ocean Photographer Of The Year" foto müsabiqəsinin finalçıları məlum olub.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə müsabiqənin rəsmi portalında elan edilib.
Bildirilir ki, fotolar dünyanın hər yerindən göndərilən 15 000 təsvir arasından seçilib.
Bu il qələbəyə iddialı olanlar arasında böyük qrupla öz işləri üçün üzən skatlar, tamamilə sudan çıxmaq qabiliyyətini nümayiş etdirən ilanbalığı, nəhəng Qodzillaya bənzəyən iquana və okeanların bir çox digər sakinləri var.
Qaliblər sentyabrın 12-də elan olunacaq.