Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Dişi ağrıyan köpəkbalığı sahilə çıxıb insanlardan kömək umdu
Diş ağrısından sahilə çıxan köpəkbalığı həmin vaxt sahildə olan insanlar tərəfindən əzabdan xilas edilib. Görüntülər sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə kp.ru xəbər verib.
Kadrlardan görünür ki, ağzında metal qarmaq ilişən çəkicbaşlı köpəkbalığına insanlar kömək etməyə çalışırlar. Onlardan biri əllərini birbaşa köpək balığının ağzına salaraq, yad cismi çıxarmaq istəyir. Ancaq bu üsulla bacarmadığını görüb, kömək istəyir və xüsusi alətlərdən istifadə etməklə dişinə ilişən qarmaq çıxarılır.
Qeyd etmək lazımdır ki, çəkicbaşlı ən tanınmış və qeyri-adi köpəkbalığı növlərindən biridir. Başı unikal formaya malik bu canlılar tropik və subtropik sularda yaşayır və uzunluğu altı metrə çata bilər.
Bildirilir ki, uğurlu "əməliyyatdan" sonra köpəkbalığı doğma mühitinə buraxılıb.