Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Aclıq qocalan beyin üçün faydalıdır
Con Hopkins Universiteti və ABŞ Milli Qocalma İnstitutundan olan amerikalı alimlər müəyyən ediblər ki, ac qalma və sağlam qidalanma yaşlı insanlarda idrak funksiyasını yaxşılaşdırır.
Oxu.Az xəbər verir ki, tədqiqat "Cell Metabolism" (CellMet) elmi jurnalında dərc olunub.
Təcrübədə piylənmə və insulin müqaviməti diaqnozu qoyulmuş 40 nəfər yaşlı insan iştirak edib. Belə vəziyyət beynin sürətlə qocalması və zehni qabiliyyətlərin azalması riskini artırır.
Tədqiqatın nəticələri göstərib ki, həm intervalla aclıq, həm də sağlam pəhriz insulin müqavimətinin azalmasına və idrak funksiyasının yaxşılaşmasına səbəb olur.
Beyin sağlamlığı baxımından, sağlam pəhrizin beynin qocalma sürətini yavaşlatmağa kömək etdiyi müəyyən edilib.