Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Yolu kəsərək tıxac yaradan iki nəfər həbs edildi
Oktyabrın 22-də paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində yolu kəsən şəxslər həbs ediliblər.
"Qafqazinfo" xəbər verir ki, qəsəbə sakinləri olan 1991-ci il təvəllüdlü M.Hüseynov və T.Məmmədli (şərti ad və soyad) inzibati məsuliyyətə cəlb olunublar.
Belə ki, həmin şəxslər evlərinə yağış sularının ziyan vurduğunu bildirərək Binə qəsəbəsinə gedən yolu avtomobillərlə kəsiblər və asfalt yolda olan kanalizasiya quyusunun qapağını açıblar. Təxminən 5 dəqiqə ərzində nəqliyyatın hərəkətinin intensiv olduğu yolda tıxac yaranıb və əraziyə polislər gəliblər.
Yolu kəsən şəxslər saxlanılıblar və barələrində protokol tərtib edilib.
Xəzər Rayon Məhkəməsi hər iki şəxsi İnzibati Xətalar Məcəlləsinin 510-cu, yəni xırda xuliqanlıqda təqsirli bilib. Onlara 7 sutka həbs cəzası verilib.
"Xuliqanlıq əməli" teqi üzrə xəbərlər
- Xuliqanlıqda ittiham olunan milyonçu həbsdə qaldı
- Vəzifəli şəxslər arasında mübahisə - Protokol tərtib edildi
- Rüsvayçı GÖRÜNTÜLƏR: Qızı döyüb alçaldaraq üzr istəməsini tələb etdilər
- Sosial şəbəkədə qızının adına saxta profil açanı döyən şəxslə bağlı qərar ləğv edildi
- İsmayıllıda vəzifəli şəxsi yerə yıxan gənc həbs edildi
Rəylər