Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Yeddi bıçaq zərbəsi aldı, xəstəxanaya yerləşdirildi
İyulun 6-da gecə saatlarında Şirvan şəhər sakini, 1994-cü il təvəllüdlü Vüsal Şeydayevin müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilməsi ilə bağlı Şirvan Şəhər Polis Şöbəsinə məlumat daxil olub.
APA xəbər verir ki, məlumatla bağlı polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə V.Şeydayevə xəsarət yetirməkdə şübhəli bilinən Hacıqabul rayon sakini, 2000-ci il təvəllüdlü Nicat Eminov saxlanılıb.
Araşdırmalar zamanı hadisənin tərəflər arasında yaranan mübahisə zəminində baş verdiyi müəyyən edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
"Şirvan şəhəri" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər