Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Xalası qızını yarıçılpaq fotosu ilə şantaj etdi, qohumlarına xəsarət yetirdi - MƏHKƏMƏ
Gəncə Apellyasiya Məhkəməsində hədə-qorxu ilə tələb etmədə, mənzil toxunulmazlığını pozmada və qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən C.Həsənovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Salman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
İttihama görə, C.Həsənovun xalası qızı, zərərçəkmiş M.M. (şərti) ona çoxsaylı təkid və şantajlarına görə yarıçılpaq vəziyyətdə fotosunu göndərib. Sonra təqsirləndirilən şəxs mobil telefonun yaddaşında saxladığı fotonu qıza göstərərək bu barədə yaxın qohumlarına və qəsəbə sakinlərinə xəbər verəcəyini bildirib. O, 2022-ci il noyabrın 3-də həmin yarıçılpaq fotonu nümayiş etdirib barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək xalası qızından 4000 manat pul və qızıl-zinət əşyasını hədə-qorxu ilə tələb edib.
Bundan başqa, C.Həsənov xalası qızı M.M.-in onunla yaxın münasibət qurmaq təklifindən imtina etdiyindən hiddətlənib. 26 noyabr 2022-ci il tarixdə, saat 22 radələrində xalası, zərərçəkmiş N.M.-in (şərti) yaşadığı evə hasardan aşmaqla həmin mənzilə zor tətbiq etmə hədəsi ilə qanunsuz daxil olub. O, üzərində gəzdirdiyi çapacaqla xalası və onun həyat yoldaşı T.M.-ə (şərti) xəsarət yetirib.
Hadisədən sonra C.Həsənov saxlanılıb və cinayət məsuliyyətinə cəlb edilib.
Gəncə Şəhər Məhkəməsinin hökmü ilə o, 4 il müddətinə azadlıqdan məhrum edilib.
"Hədə-qorxu ilə tələb etmə" teqi üzrə xəbərlər
- Qadınları görüntüləri ilə şantaj edən bloqer yenidən hakim qarşısında
- Vətəndaşı şantaj edən sabiq deputatın şikayəti əsasında məhkəmə başlayır
- Qəbələdə sahibkarı şantaj edən zabitin cəzası azaldıldı
- Taksi sürücüsünü qarət edən şəxsə hökm oxundu
- Bakıda qadının sevgilisi xərclədiyi pulları onun ərindən tələb etdi
Rəylər