Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
"Tərtər işi" ilə bağlı ittiham olunan bəzi şəxslərə HÖKM OXUNDU
Sumqayıt Məhkəmə Kompleksində "Tərtər işi" ilə bağlı ittiham olunan bir qrup şəxsin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Report"un yerli bürosu xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Fuad Ağayev 13 il , Qurban Cümşüdov 4 il , Fuad Axundov 9 il 6 ay , Ramil Əhmədov9 il 6 ay , Cavid Ağadadaşov 4 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda "Tərtər işi" ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. İstintaq zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verilməsi, onların qanunsuz azadlıqdan məhrum edilməsi və vəzifə səlahiyyətlərini aşılmasına əsaslı şübhələr müəyyən edilmiş onlarla şəxs cinayət məsuliyyətinə cəlb olunub.
Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və digər maddələri ilə ittiham irəli sürülüb.
"Baş Prokurorluq" teqi üzrə xəbərlər
- Üç hərbçini öldürərək ömürlük cəza alan şəxs Ali Məhkəməyə müraciət etdi
- Dövlət xidmətinin üç vəzifəli şəxsi işdən çıxarıldı
- Kamran Əliyev rusiyalı həmkarı ilə ətraf mühitin mühafizəsini müzakirə etdi
- Azərbaycanda tutulan cinayətkar aylar sonra Tacikistana təhvil verildi
- Heydər Məmmədov: "Ali hüquq təhsili alan gənclərin çoxu prokurorluq əməkdaşı olmaq istəyir"