Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Talıbovun biznesini əlindən aldığı türk iş adamı Ali Məclisi məhkəməyə verdi
Türkiyəli iş adamı Ali Oba Naxçıvan Muxtar Respublikası Ali Məclisini məhkəməyə verib.
"Qaynarinfo"nun məlumatına görə, onun iddiasına Naxçıvan MR İnzibati Məhkəməsində baxılacaq.
Məhkəmə işi inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrlə bağlıdır. Araşdırmalarımız zamanı məlum olub ki, Ali Obanın Ali Məclisin indiki rəhbərliyi ilə heç bir problemi yoxdur. Onun problemi Ali Məclisin keçmiş sədri Vasif Talıbovladır.
İş adamının 2022-ci ildə Vasif Talıbovla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə şikayət etməsi bu məlumatın əsassız olmadığını ortaya qoyur. Ali Oba şikayətini Türkiyənin Muxtar Respublikadakı konsulluğu vasitəsilə edib. Bu barədə mediada da məlumat yayılıb.
Türkiyəli iş adamının iddialarına görə, 2015-ci ildən Vasif Talıbov tərəfindən onun biznesinə əl qoyulub. Ali Obanın sözlərinə görə, iki milyon pul yatırdığı Ordubad Parğaçay Mədən Ocağı, Şərur rayonunun Gümüşlü kəndində 400 min manatlıq balıq vətəgəsi və digər biznes obyektləri əlindən alıb. Bütün bunları şikayətində qeyd edən iş adamı, hətta həyatına təhlükə olduğunu da bildirib.
Ali Obanın Naxçıvan MR Ali Məclisini məhkəməyə verməsinin kökündə əsasən bu məsələlərin dayandığı bildirilir.
"Vasif Talıbov" teqi üzrə xəbərlər
- Vasif Talıbovun şirkətinin 10 milyondan çox vergi borcu var
- Deputatlığa namizədlərin siyahısı açıqlandı: Talıbovların adları YOXDUR
- Vasif Talıbovun zamanında yaradılan qurum bağlandı
- Naxçıvanda seçki: Vasif Talıbov və oğlu yenidən namizəd olacaqlar?
- Naxçıvanda Vasif Talıbovun dövründə yarımçıq saxlanılan layihənin icrasına başlanılır
Rəylər