Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Sumqayıtda qidadan zəhərlənən ana və azyaşlı evə buraxılıblar
Sumqayıtda qidadan zəhərlənən ana və azyaşlı övladı evə buraxılıblar.
Bu barədə APA-ya Sumqayıt Tibb Mərkəzindən bildirilib.
Qeyd olunub ki, avqustun 4-də Sumqayıt şəhər sakinləri, 1997-ci il təvəllüdlü qadın Sumqayıt Tibb Mərkəzinin nəzdində olan 1 nömrəli Şəhər Xəstəxanasına, qadının övladı - 2022-ci il təvəllüdlü körpə isə Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasının Təcili Yardım Bölməsinə dəqiqləşdirilməmiş virus infeksiyası diaqnozu ilə daxil olublar.
Hər iki şəxs müvafiq tibbi müdaxilələrdən sonra vəziyyətləri stabil qiymətləndirilərək ambulator müalicə üçün evə buraxılıb.
Sumqayıtda ana və övladı qidadan zəhərlənib.
APA xəbər verir ki, hadisə "Ceyranbatan bağları" adlanan ərazidə yerləşən fərdi yaşayış evlərinin birində qeydə alınıb.
Sumqayıt şəhər sakinləri, 1997-ci il təvəllüdlü Aişə Adil qızı Mərdanova və övladı, 2022-ci il təvəllüdlü Əli Səxavət oğlu Mərdanov yaşadıqları evdə yedikləri qidadan zəhərləniblər. Onlar dərhal xəstəxanaya çatdırılıblar.
Ana və övladının ət məhsulundan zəhərləndikləri ehtimal olunur.
Rəylər