Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Şəkidə çətənə əkən qohumlar saxlanılıblar
Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası və satışı ilə məşğul olan Cövhər Xəlilzadə və qohumu Sənan Hacıyev saxlanılıblar.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, onların rayonun Daşüz kəndindəki meşəlik ərazidə narkotik tərkibli bitkilər əkib-becərdikləri müəyyən edilib.
Həmin yerə baxış keçirilərkən çəkisi 126 kiloqram olan 397 ədəd çətənə kolu və satış məqsədilə saxladıqları iki kiloqram marixuana aşkar olunub. C.Xəlilzadə və qohumu S.Hacıyev narkotik tərkibli bitkiləri qazanc əldə etmək məqsədilə əkdiklərini və aqrotexniki qaydada qulluq göstərdiklərini bildiriblər.
Faktla bağlı Cinayət İşi başlanılıb. Məhkəmənin qərarı ilə C.Xəlilzadə və S.Hacıyev barəsində həbs qətimkan tədbiri seçilib. Dəstənin digər üzvlərinin müəyyən edilərək saxlanılmaları istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
"Narkotik vasitələrin qanunsuz dövriyyəsi" teqi üzrə xəbərlər
- On ayda narkotiklə bağlı 8108 cinayət faktı aşkarlanıb
- Yeddi min manatlıq cəriməsi olan sürücü HƏBS EDİLDİ
- Doqquz ayda narkotikin aşırı dozası nəticəsində neçə nəfər vəfat edib?
- Narkotik satmaqda ittiham olunan tiktokerin məhkəməsi keçirildi
- Meşədə narkotik vasitə yetişdirən keçmiş məhkumlar saxlanıldılar
Rəylər