Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Şantajda ittiham olunan sayt rəhbəri HƏBS EDİLDİ
"Qerar.az" saytının baş redaktoru həbs edilib.
"Qafqazinfo" xəbər verir ki, onun ayrı-ayrı şəxslərdən hədə-qorxu ilə pul tələb etməsi barədə daxil olan məlumatlar əsasında Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində araşdırma aparılıb.
Sayt rəhbəri Kamal Qurbanov ayrı-ayrı şəxsləri həqiqəti əks etdirməyən, rüsvayedici məlumatlar dərc edəcəyi ilə hədələyərək müxtəlif məbləğlərdə pul tələb etməkdə şübhəli bilinir.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, K.Qurbanov cinayət məsuliyyətinə cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə istintaq davam edir.
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Bakıda ara məsafəsini gözləməyən sürücülərin törətdiyi qəzaların ANBAAN GÖRÜNTÜLƏRİ
- DYP-dən küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına MÜRACİƏT
- AYNA: "COP29-un doqquz günü ərzində 378 minə yaxın sərnişin daşınıb"
- Bu ilin 10 ayında avtomobil qəzalarında ölən velosipedçilərin sayı AÇIQLANDI
- YENİ DƏLƏDUZLUQ: Smartfonlara toy dəvətnamələri göndərərək, vətəndaşları ALDADIRLAR
Rəylər