Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Şamaxıda iki qardaşın bıçaqlanmasının detalları məlum oldu
Şamaxıda baş verən bıçaqlanma hadisəsi ilə bağlı detallar məlum olub.
Oxu.Az-ın məlumatına görə, hadisə zamanı bıçaq xəsarətləri alan Laçın və Əlisəfa Məmmədovlar qardaşdırlar.
Hadisəni törədən F.Əhmədov isə onların qonşusu olub.
İnsidentə səbəb isə Məmmədovlar qardaşlarının həyətindən gələn kəskin peyin qoxusu olub.
Tərəflər arasında bununla bağlı mütəmadi mübahisələr olub. Son mübahisə isə qanla bitib.
Samir İsayev
Sentyabrın 4-də saat 23 radələrində Şamaxı şəhərində 1966-cı il təvəllüdlü Laçın Məmmədov və 1975-ci il təvəllüdlü Əlisafa Məmmədovun kəsilmiş-deşilmiş xəsarətlər almaları barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-a bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 49 yaşlı Fərhad Əhmədov saxlanılıb.
Hadisə şəxsi münasibətlər zəminində baş verib.
Faktla bağlı araşdırma aparılır.
"Bıçaqlanma hadisəsi" teqi üzrə xəbərlər
- Bakıda arvadını öldürən vəzifəli şəxsə bir il həbs cəzası verildi
- Astarada iki qardaş bıçaqlandı - Hadisənin TƏFƏRRÜATI
- Adam bıçaqlamaqda təqsirləndirilən keçmiş diplomatın həbs müddəti uzadıldı
- Keçmiş arvadını azyaşlı oğlunun gözləri qarşısında öldürmək istəyən şəxsə AĞIR CƏZA
- Ağdamda ər arvadını bıçaqlayıb qaçdı
Rəylər