Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Sabirabadda yarım tondan artıq yabanı halda bitmiş çətənə bitkisi məhv edilib
Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının "Xaşxaş-2024" şərti adı altında keçirdikləri profilaktik tədbirlər nəticəsində rayonun Qaralı kəndi ərazisində yabanı halda bitən 947 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, şöbə əməkdaşları tərəfindən ötən ay ərzində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat tədbirləri nəticəsində isə ümumilikdə 17 nəfər saxlanılıb. Onlardan 8 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələr və narkotik tərkibli həblər, eləcə də xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş çətənə kolları götürülüb.
"Narkotik vasitələrin qanunsuz dövriyyəsi" teqi üzrə xəbərlər
- On ayda narkotiklə bağlı 8108 cinayət faktı aşkarlanıb
- Yeddi min manatlıq cəriməsi olan sürücü HƏBS EDİLDİ
- Doqquz ayda narkotikin aşırı dozası nəticəsində neçə nəfər vəfat edib?
- Narkotik satmaqda ittiham olunan tiktokerin məhkəməsi keçirildi
- Meşədə narkotik vasitə yetişdirən keçmiş məhkumlar saxlanıldılar
Rəylər