Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Qazaxıstan nömrəsi ilə aparılan danışıqlar Azərbaycan vətəndaşına 50 min manata başa gəldi
Diqqətsizlik, ehtiyatsızlıq, yalana inam 50 min manatın oğurlanması ilə nəticələnib.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev məlumat yayıb.
O bildirib ki, investisiya adı ilə bank kartı məlumatlarını naməlum şəxsə verən xanımı inandırıblar ki, az yatırım etməklə daha çox qazanc əldə edə bilər. Danışıqlar Qazaxıstan nömrəsi ilə aparılıb və nəticədə qadının 50 min manatını oğurlayıblar. Elşad Hacıyevin sözlərinə görə, bu, yeganə fakt deyil.
"Avqustun 2-də ayrı-ayrı vətəndaşların müxtəlif kiberüsulla - 9 050, 504, 1 527, 1 000, 1 000, 2 436, 100, 1 000, 535, 27, 80, 1 000, 101, 2 800, 230, 460 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.
Vətəndaşlara çağırış edirik ki, kiberməkanda sxemlər tez-tez dəyişir, lakin prinsiplər dəyişmir. Naməlum şəxslərdən daxil olan şübhəli zəngləri, mesajları açmayın, danışmayın, yazışmayın. Hesabınıza kimsə pul köçürmək istəyirsə, bank kartınızın 16 rəqəmindən əlavə məlumatları verməyin, əks halda pul vəsaitinizi itirəcəksiniz", - deyə idarə rəisi qeyd edib.
"Kiberdələduzluq" teqi üzrə xəbərlər
- Qadınları görüntüləri ilə şantaj edən bloqer yenidən hakim qarşısında
- ADY-nin adından dələduzluq cəhdi - Vətəndaşlara XƏBƏRDARLIQ
- Müğənni Xatun Əliyeva dələduzluğa məruz qalıb?
- Bakıda BEŞ MİLYONLUQ əməliyyat: "TOST"un başçılarından biri ələ keçdi
- Polis ahıl şəxsləri aldadaraq pullarını ələ keçirən daha iki nəfəri müəyyən edərək saxlayıb
Rəylər