Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Qadın psixoloji sıxıntı yaşadığı üçün ona hücum edən həyat yoldaşını güldanla ÖLDÜRDÜ
Qadın psixoloji sıxıntı yaşadığı üçün ona hücum edən həyat yoldaşını güldanla öldürüb.
Belə ki, Əhməd və Rahilə (adlar şərtidir) ortaq dostları vasitəsilə bir məclisdə tanış olaraq ailə qurmuşdular. Əhməd dizayn şirkətlərindən birində işləyirdi, Rahilə isə özünə uyğun iş tapmadığı üçün evdar qadın həyatı yaşamağa razılaşmışdı. Əsasən axşamlar psixoloji sıxıntı yaşayan Əhməd hər mübahisədən sonra başını Rahilənin çiyninə qoyaraq sakitləşirdi. Beləliklə, hər şey gecə bitirdi. Səhər isə Rahilə heç nə olmamış kimi davranırdı və Əhmədi işə yola salırdı.
Təklikdə isə bu iztirablara nə üçün dözdüyünü bilmirdi, amma Əhməddən də ayrılmaq istəmirdi. Əhməd tez-tez iş yerini dəyişirdi. Hətta bir dəfə Rahiləyə bəzən işlədiyi şirkətdə hər kəsi öldürmək istədiyini deyirdi. Həmin gün Rahilə anası Nübara zəng edib vəziyyəti izah edir. Ona Əhməddən bezdiyini, həyatının təhlükədə olduğunu hiss etdiyini və tək qalmaqdan qorxduğunu bildirir.
Nübar elə həmin gün qızının evinə gəlir və ona hər şeyi həll edəcəyini deyir. Beləliklə, həmin günün axşamı Nübar qızının evində qalır. Əhməd işdən evə qayıtdıqdan sonra özünü Rahiləyə yaxşı həyat yoldaşı kimi göstərir və Nübarın yanında heç bir əsəbilik nümayiş etdirmir. Buna baxmayaraq, Rahiləyə işarə edir ki, anası onlarda qala bilməz.
Növbəti gün Əhməd Rahiləni şəhərə görüşə dəvət edir. Onlar birlikdə restoranların birinə axşam yeməyinə gedirlər. Restoranda masa arxasında əyləşərkən Əhməd Rahilənin əlindən tutub bütün əməllərinə və pis rəftarına görə ondan üzr istəyir. Sonra isə Rahiləyə olan hisslərinin heç vaxt dəyişmədiyini, ailə həyatının onun üçün vacib olduğunu deyir.
Axşam saatlarında Rahilə və Əhməd sərxoş halda evə gəlirlər. Əhməd Rahilə ilə əvvəlcə xoş rəftar edir, sonra isə onu divara sıxaraq döyməyə başlayır. Səs-küyə Nübar gəlir və qızını Əhmədin əlindən xilas etməyə çalışır. Əhməd Nübarı boğanda Rahilə buna dözməyərək evdəki güldanla onun başına ard-arda zərbələr endirir.
Əhməd aldığı zərbələrdən yerə yıxılır. Nübar onun hələ də ölmədiyini düşünərək qızına təcili yardıma zəng etməli olduqlarını deyir. Lakin gec idi, Əhməd artıq həyatını itirmişdi.
Ətraflı Baku TV-nin süjetində:
Rəylər