Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Prokuror BNA-nın vəzifəli şəxslərinə verilən cəzaya ETİRAZ ETDİ
Sabiq vəzifəli şəxslər barəsində hökmdən apellyasiya protesti verilib.
Oxu.Az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
Bildirilib ki, bəzi xəbər saytları və sosial media səhifələrində "Bakı Nəqliyyat Agentliyi" publik hüquqi şəxsin Yol hərəkətinin təşkili şöbəsinin müdir müavini vəzifəsində işləmiş Vüqar Hüseynov və həmin agentliyin Yol hərəkətinin təşkili şöbəsinin sabiq əməkdaşı Hikmət Vəlizadənin barəsində müvafiq məhkəmə tərəfindən əməlin Cinayət Məcəlləsinin daha yüngül maddələrinə, yəni rüşvət almadan dələduzluğa tövsif edilərək ittihamın yüngülləşdirilməsi və onlara aşağı həddə cəza təyin edilməsi barədə məlumatlar yayılıb.
Belə ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan ibtidai istintaqla Vüqar Hüseynov və Hikmət Vəlizadəyə Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvətalma) maddələri ilə yekun ittiham elan edilib və barələrində həbs qətimkan tədbiri seçilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 24.09.2024-cü il tarixli hökmü ilə təqsirləndirilən şəxslərin rüşvət almasına dair ittihamlar Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə təkrar və xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddələrinə tövsif edilib və onların hər ikisi 2 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Qeyd olunan hökmdən dövlət ittihamçısı tərəfindən oktyabrın 7-də apellyasiya protesti verilib.
"Rüşvətalma" teqi üzrə xəbərlər
- Rüşvət almaqda ittiham olunan sabiq vəzifəli şəxslər hakim qarşısına çıxarılırlar
- Polkovnikin oğlu ev dustaqlığına buraxıldı
- Maşının texniki baxışdan keçirilməsi üçün rüşvət alan sabiq vəzifəli şəxslə bağlı QƏRAR
- Vəzifəli şəxsin cinayət əməllərinin DETALLARI - Saxtakarlıq, rüşvət və dələduzluq
- Külli miqdarda rüşvət almaqda ittiham olunan vəzifəli şəxs ev dustaqlığına buraxıldı
Rəylər