Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Özünü TV rəhbəri kimi təqdim edən şəxs HƏBS EDİLDİ
Tovuz rayonunda ayrı-ayrı şəxsləri şantaj edən şəxs rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
"Qafqazinfo" xəbər verir ki, özünü "İnkişaf TV"nin təsisçi və baş direktoru kimi təqdim edən Nahid Babayev barəsində daxil olan şikayətlər üzrə araşdırma aparılıb.
O, barələrində neqativ məlumatları "İnkişaf TV"nin sosial kanal və platformalarında yayacağı hədəsi ilə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul tələb edib.
Tovuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq N.Babayev barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
"Cinayət Məcəlləsi" teqi üzrə xəbərlər
- Bakıda 27 il əvvəl qətl törədən şəxslə bağlı QƏRAR
- Sevgilisinin azyaşlı övladını işgəncə ilə öldürməkdə təqsirləndirilən şəxs məhkəmə qarşısında
- Qayınata gəlinini sevgilisi ilə tutdu - Samuxdakı qətlin DETALLARI
- Məhkəmə "Tərtər iş"ində təqsirləndirilən şəxslərlə bağlı qərar verdi
- DTX-nin yaxaladığı dəstə 326 milyon manatlıq qaçaqmalçılığı necə törədib?
Rəylər