Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Ölkəyə qaçaqmalçılıq yolu ilə 42 kiloqram narkotik gətirən iki narkokuryer saxlanıldı
Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən paytaxt ərazisində keçirilən növbəti tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Əli Valehov və qohumu, əvvəllər məhkum olunmuş Elçin Abdurəhimov saxlanılıblar.
Oxu.Az DİN-ə istinadən xəbər verir ki, onların üzərindən, ev və avtomobillərindən tərkibi psixotrop maddələrlə zənginləşdirilən 42 kiloqram marixuana, elektron tərəzi və narkotiklərin təmassız satışında istifadə olunan bank kartı aşkarlanıb. Araşdırmalarla müəyyən edilib ki, Ə.Valehov və E.Abdurəhimov Kərim adlı şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə əlbir olaraq ölkəyə narkotiklərin gətirilməsini təşkil ediblər.
Saxlanılanlar qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən marixuananı Siyəzən rayonunda dəniz kənarından əldə etdiklərini bildiriblər. Hər iki şəxs narkotikləri maddi qazanc əldə etmək məqsədi ilə Bakı şəhərində ayrı-ayrı ünvanlara yerləşdirməli imişlər. Ə.Valehov və E.Abdurəhimov ölkə ərazisində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən əsas şəxslərdən olublar.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.
"Narkotik vasitələrin qanunsuz dövriyyəsi" teqi üzrə xəbərlər
- On ayda narkotiklə bağlı 8108 cinayət faktı aşkarlanıb
- Yeddi min manatlıq cəriməsi olan sürücü HƏBS EDİLDİ
- Doqquz ayda narkotikin aşırı dozası nəticəsində neçə nəfər vəfat edib?
- Narkotik satmaqda ittiham olunan tiktokerin məhkəməsi keçirildi
- Meşədə narkotik vasitə yetişdirən keçmiş məhkumlar saxlanıldılar