Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Ödəmə terminalını oğurlayıb qaçan zaman qəzaya düşdülər - ANBAAN görüntülər
Binəqədi rayonunda oğurluq hadisəsi qeydə alınıb. Qabaqcadan əlbir olan bir qrup şəxs gecə saatlarında marketlərdən birinin qapısını sındıraraq içəridə olan ödəmə terminalını talayıblar.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törədən əvvəllər məhkum olunmuş şəxslər - 1997-ci il təvəllüdlü Şamxal Qarayev, 1991-ci il təvəllüdlü Kamil Əliyev və 1997-ci il təvəllüdlü Rəsul Rzayev saxlanılıblar.
Dəstə üzvləri məsuliyyətdən və kameralardan yayınmaq məqsədilə hadisədən əvvəl başqa nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını oğurlayaraq K.Əliyevin avtomobilinə bağlayıblar. R.Rzayev isə marketi kənardan müşahidə edərək digərlərinə obyektin bağlanma saatı barədə məlumat verib. Dəstə üzvləri hadisədən sonra ərazini tərk edən zaman idarə etdikləri avtomobillə qəzaya düşdüklərindən onlar terminalı nəqliyyat vasitəsinin yük yerində qoyaraq oradan uzaqlaşıblar.
Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
"Oğurluq hadisəsi" teqi üzrə xəbərlər
- Gəncədə 61 minlik oğurluqda şübhəli bilinən şəxs saxlanıldı
- Bakıda 30 min manatlıq qapı və kondisionerləri oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
- Şəkidə oğurluq edən maskalı şəxslər tutulublar
- Türkiyənin məşhur müğənnisinə oğurluq şoku: Köməkçisi evini soydu
- Məktəb direktorunun otağından oğurluq edildi
Rəylər