Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Məhkəmə həbsdə olan polkovniklə bağlı qərar verib
Naxçıvan Muxtar Respublikasında yerləşən "N" saylı hərbi hissənin komandiri olmuş, polkovnik Samir Mətləb oğlu Həziyev barəsində seçilən həbs-qətimkan tədbiri barədə qərardan verilən apellyasiya şikayətinə baxılıb.
APA xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Fərid Əyyubovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Məhkəmə şikayəti təmin etməyib, birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Qeyd edək ki, hərbi hissə komandiri, polkovnik Samir Həziyevə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.2.3-cü maddəsi ilə ittiham elan edilib.
Azərbaycan Respublikası Hərbi Prokurorluğunun təqdimatına əsasən, onun barəsində Bakı Hərbi Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda istintaq davam etdirilir.
Rəylər