Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
“Lotu Quli” kriminal avtoritetin məzarını ziyarət etdi
Xəbər verdiyimiz kimi, uzun müddətdir həbsdə yatan kriminal avtoritet, “Lotu Quli” ləqəbli Nadir Səlifov azadlığa buraxılıb.
Oxu.Az yenicag.az-a istinadən bildirir ki, o, həbsdən çıxandan sonra ötən ay Gürcüstanda qətlə yetirilən kriminal avtoritet Elşən Məmmədovun məzarını ziyarət edib. Bundan başqa “qanuni oğru” mərhum atası Nəriman Səlifovun da məzarına baş çəkib.
Qeyd edək ki, Elşən Məmmədovun “Lotu Quli”nin amansız “cəllad”larından olduğu deyilir. O, sentyabrda Nadir Səlifovun bir neçə yaxın adamı ilə yemək yeyərkən gözlənilmədən yerindən qalxaraq avtomobilinə tərəf gedib və həmin an atəş səsləri eşidilib. “Toyota Land Cruiser”də cəsədi tapılan 42 yaşlı Elşənin başından 3 güllə yarası aldığı məlum olub.
S.B.
www.oxu.az
Rəylər