Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunan şəxs ƏLƏ KEÇDİ
Şabranda İran vətəndaşı tərəfindən kuryerliyə cəlb olunan şəxsdən 50 kiloqram marixuana aşkarlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN )Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinə qarşı keçirilən növbəti tədbir zamanı əvvəllər dəfələrlə məhkum olunmuş 1997-ci il təvəllüdlü Tərlan Əzimov Şabran rayonu ərazisində saxlanılıb.
Onun üzərindən və avtomobilindən 50 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana və 4780 ədəd metadon həbi aşkarlanaraq götürülüb.
T.Əzimov narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından Xəzər dənizinin Şabran rayonu sahilində əvvəlcədən müəyyən olunmuş yerdən götürərək maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Əməliyyat tədbirləri davam etdirilir.
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- DİN rəsmisi: "Tikilən binalarda parklanma yerləri nəzərə alınmır"
- Bakıda ara məsafəsini gözləməyən sürücülərin törətdiyi qəzaların ANBAAN GÖRÜNTÜLƏRİ
- DYP-dən küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına MÜRACİƏT
- AYNA: "COP29-un doqquz günü ərzində 378 minə yaxın sərnişin daşınıb"
- Bu ilin 10 ayında avtomobil qəzalarında ölən velosipedçilərin sayı AÇIQLANDI
Rəylər