Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Fazil Mustafaya sui-qəsdi təşkil edən şəxs: “Peşman deyiləm, nə cəza verəcəksinizsə, tez verin” - VİDEO
Millət vəkili Fazil Mustafaya qarşı sui-qəsd cəhdi ilə bağlı saxlanılan Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi keçirilən iclasda keçən dəfə dindirilməsi yarımçıq qalan təqsirləndirilən Azər Səricanov suallara cavab verib.
Məhkəmədə Azər Səricanova Fazil Mustafanın hansı sözlərinin onun xoşuna gəlmədiyi soruşulub. O bildirib ki, burada oturanların günahı yoxdur:
“Burada oturanlara yön verən mən olmuşam. Silahlar da özümün olub. Fazil Mustafanın “Facebook” sosial şəbəkəsində yazdıqları məni qəzəbləndirib. Etdiyim əməldən peşman deyiləm. Nə cəza verəcəksinizsə tez verin”.
Daha sonra A.Səricanovun ifadələrində ziddiyyət olduğu üçün ifadəsi elan olunub.
Daha sonra təqsirləndirilən Rəşad Əhmədov ifadə verib. O, hadisə barədə danışıb:
“Mənim günahım Azərin verdiyi silahı saxlamaqdır. Burada olanlar içərisində təkcə Azəri tanıyıram. Onu məsciddən tanıyıram. Sonra onunla yağ satırdıq. Fazil Mustafaya qarşı nə isə ediləcəyi barədə xəbərim olmayıb. Tutulanda məndən Valeh İsmayılovu soruşurdular. O mənim uşaqlıq dostum olub. Sonra Suriyada müharibə olanda ora getdi. Oradan da İrana keçdi, orada yaşayır.
Hadisədən qabaq Azər mənə silah verdi. Dedi saxla gəlib götürəcəyəm. Mən də sonra silahı Xəyyama verdim. O da Azərə verməli idi. Daha sonra telefonumda bəzi şəkillər vardı. Mənim əvvəldən pilot olmağa, hərbiyə marağım olub. Ona görə telefonda proqram vasitəsilə bəzi yerlərin fotoların çəkirdim. Bunun üçün xüsusi bir şeyə ehtiyac yoxdur. Hadisədən sonra Azərin tutulduğunu gördüm. Qorxub əvvəl İstanbula sonra da İrana getdim. 10 gün Qumda qalandan sonra Bakıya qayıtdım. Xəyyamdan soruşdum ki, silahı nə etmisən? Dedi ki, dənizə atmışam”.
Daha sonra təqsirləndirilən şəxs Rəşad Əhmədovun istintaqa verdiyi ifadə elan edilib.
Növbəti məhkəmə baxış iclası martın 1-də keçiriləcək.
Qeyd edək ki, faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.
"Azərin" teqi üzrə xəbərlər
- Qəbiristanlıqda zorlanma: İtlərdən qorxan qızı maşınına əyləşdirib əxlaqsız hərəkətlər etdi
- Azərinin "bozqurd" işarəsinə Ərdoğandan REAKSİYA
- Türkiyədə yaşayan azərbaycanlı sənətçilər səsvermə hüququndan istifadə ediblər - FOTO
- “Zərifə” vəfat edən “Rəşid” barədə: “Filmin 50 illik yubileyinə dəvət etdik, gəlmədi” - FOTO
- Bu gün Xoşbəxt Yusifzadənin doğum günüdür
Rəylər