Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Evə ərzaq almayan kişi arvadını döydü - MƏHKƏMƏ
Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmaqda təqsirləndirilən Nurlan Məmmədlinin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az xəbər verir ki, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və o, cinayət məsuliyyətindən azad olunub.
İttihama görə, hadisə 4 avqust 2024-cü il tarixdə, saat 21 radələrində Abşeron rayonu Hökməli qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, Nurlan Məmmədli arvadı, zərərçəkmiş Pəri Məmmədli (şərti) ilə mübahisə edib. Mübahisəyə səbəb isə kişinin evə ərzaq almaması və kommunal borcları ödəməməsi olub. Bu zaman təqsirləndirilən şəxs qadının sifət, baş, kürək, sağ qol, əl və bədənin müxtəlif nahiyələrinə şillə və yumruqla vuraraq ona xəsarət yetirib.
Daha sonra Pəri Məmmədli hüquq-mühafizə orqanlarına müraciət edib və Nurlan Məmmədli saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
"Qadınlara qarşı zorakılıq" teqi üzrə xəbərlər
- Rusiyada erməni diasporu liderinin oğlu hamının gözü qarşısında qızı saçından tutub sürüdü
- Bakıda arvadını öldürən vəzifəli şəxsə bir il həbs cəzası verildi
- İsmayıllıda dəhşətli hadisə: 13 yaşlı qız atasından hamilə qaldı
- Diddinin uşaq yağları ilə bağlı iyrənc məqsədi ifşa olundu
- Üç uşaq anası baldızı tərəfindən amansızcasına döyülüb - İDDİA
Rəylər