Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Evdən küsüb gedən arvadının dayısını bıçaqladı - MƏHKƏMƏ İŞİ
Yevlaxda qohumunu bıçaqlamaqda təqsirləndirilən B.Qarayevin cinayət işi üzrə məhkəmə istintaq başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi Tural Əfəndizadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə B.Qarayevə şərti cəza verilib.
İttihama görə, hadisə 2024-cü il fevralın 7-də saat 14 radələrində Yevlax şəhəri ərazisində qeydə alınıb.
Belə ki, hadisədən əvvəl 2007-ci ildə anadan olmaqla yetkinlik yaşına çatmayan B.Qarayevin arvadı ondan küsərək anasına evinə gedib. Təqsirləndirilən şəxs də həyat yoldaşını yaşadığı evə gətirmək üçün qayınanasının evinə yollanıb. Bu zaman o, qayınanası ilə mübahisə edib. Hadisə yerinə isə arvadının dayısı, zərərçəkmiş Nurlan Sülеymanov gəlib. Mübahisə zamanı zərərçəkmiş onu təpiklə vurub. Sonra B.Qarayev bıçaqla onun bədən nahiyəsinə bir dəfə qəsdən vuraraq xəsarət yetirib.
Hadisədən sonra B.Qarayev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib və barəsində еv dustaqlığı qətimkan tədbiri seçilib.
"Bıçaqlanma hadisəsi" teqi üzrə xəbərlər
- Bakıda arvadını öldürən vəzifəli şəxsə bir il həbs cəzası verildi
- Astarada iki qardaş bıçaqlandı - Hadisənin TƏFƏRRÜATI
- Adam bıçaqlamaqda təqsirləndirilən keçmiş diplomatın həbs müddəti uzadıldı
- Keçmiş arvadını azyaşlı oğlunun gözləri qarşısında öldürmək istəyən şəxsə AĞIR CƏZA
- Ağdamda ər arvadını bıçaqlayıb qaçdı
Rəylər