Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Cavanşir Məmmədovun həbsdə olan keçmiş kürəkəni yenidən şikayətçidir
Bakıda əməkdar artist Cavanşir Məmmədovun qızı Xatirə Məmmədovanın qeyri-rəsmi nikahda yaşadığı keçmiş həyat yoldaşı Mustafa Kemal İbilinin barəsindəki hökmdən kassasiya şikayəti verilib.
Pravda.az xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi İlqar Qılıcovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin ilkin hazırlıq iclası martın 3-nə təyin edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Kemal İbili 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib. Bakı Apellyasiya Məhkəməsi M.Kemalın şikayətini təmin etməyib.
Qeyd edək ki, Türkiyə vətəndaşı Mustafa Kemal İbili C.Məmmədov və ailə üzvlərinin külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilir. M.K.İbili isə özünü təqsirli bilmir, əksinə zərərçəkmiş olduğunu deyir. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində istintaq dövrü müddəti üçün polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Xatırladaq ki, təqsirləndirilən şəxs dəfələrlə verilişlərə çıxaraq C.Məmmədovun qızının onu aldatdığını, ailə quracağını deyərək ona 300 min dollara yaxın hədiyyələr aldırdığını iddia edib. O, C.Məmmədovun qızı ilə Türkiyədə Sultan Ahmet məscidində imam nikahı bağladığını qeyd edib.
Müğənni isə iddiaları təkzib edib, İbilinin qızı ilə nikahı olmadığını deyib.
"Ali Məhkəmə" teqi üzrə xəbərlər
- Maşının texniki baxışdan keçirilməsi üçün rüşvət alan sabiq vəzifəli şəxslə bağlı QƏRAR
- Bakıda 170 minlik "iPhone" "atan" şəxs yenidən hakim qarşısında
- Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər
- Ali Məhkəmədə iqlim dəyişikliyi ilə bağlı tədbir keçirilib
- Üç hərbçini öldürərək ömürlük cəza alan şəxs Ali Məhkəməyə müraciət etdi
Rəylər