Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Bir nəfərin 26 min manatını dələduzluqla almaqda şübhəli bilinən qadın saxlanılıb
Dələduzluqda şübhəli bilinən şəxslər müəyyən olunaraq saxlanılıblar.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Yasamal Rayon Polis İdarəsinin (RPİ) 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfər şəxsin 26 385 manat pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən 1972-ci il təvəllüdlü qadın saxlanılıb.
Səbail RPİ-nin 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə bir nəfər şəxsi aldadaraq hesabına 150 manat pul ödətdirməkdə şübhəli bilinən Rəşad Adışov müəyyən olunaraq saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
Ən çox oxunanlar