Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Bir milyon manata yaxın ziyan vurmaqda təqsirləndirilən sabiq direktor barədə qərar verilib
Ali Məhkəmə mədəniyyət müəssisəsinə bir milyon manata yaxın ziyan vurmaqda təqsirləndirilən Hüseynqulu Sarabski adına 7 saylı musiqi məktəbinin sabiq direktoru Mehriban Rüstəmova barədə qərar verib.
"Report" xəbər verir ki, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən məhkəmə iclasında onun hökmdən verdiyi kassasiya şikayəti təmin olunmayıb.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə onun barəsində Cinayət Məcəlləsinin 313 (vəzifə saxtakarlığı) maddəsi ilə verilmiş ittihamı ləğv edib və cəzası üç ay azaldılaraq, 10 il 3 aya endirilib. Daha sonra Mehriban Rüstəmova barəsində bəraət hökmünün çıxarılması ilə bağlı Ali Məhkəməyə müraciət edib.
Xatırladaq ki, 2020-ci ildə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin nəzdində H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Mehriban Rüstəmovanın məktəbdə işləyən müəllimlərin əmək haqlarını mənimsəməsi barədə daxil olmuş məlumat əsasında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma başlanılıb.
Məlumata görə, Mehriban Rüstəmova vəzifə səlahiyyətlərindən sui-istifadə edərək məktəbdə çalışan müəllimlərə məxsus əməkhaqqı kartlarını qanunsuz ələ keçirib, həmin müəllimlərin əməkhaqqı kartlarına köçürülmüş aylıq vəsaitin əhəmiyyətli hissəsini tələb edərək külli miqdarda (910 min manat) pulu mənimsəməkdə şübhəli bilinib.
O, Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və israfetmə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313 (vəzifə saxtakarlığı) maddələri üzrə ittiham edilib.
Cinayət işi üzrə Mədəniyyət Nazirliyi zərərçəkmiş kimi tanınıb.
"Vəzifə saxtakarlığı" teqi üzrə xəbərlər
- Qeyri-yaşayış sahəsini başqa şəxsə yenidən satan MTK rəhbərinə HÖKM OXUNDU
- Vəzifəli şəxsin cinayət əməllərinin DETALLARI - Saxtakarlıq, rüşvət və dələduzluq
- On altı min manatdan çox mənimsəmədə ittiham olunan vəzifəli şəxs bəraət istəyir
- Dələduzluqda təqsirləndirilən vəzifəli şəxs yenidən hakim qarşısına çıxarılır
- Məşhur hospitaldakı saxtakarlıqla bağlı CİNAYƏT İŞİ BAŞLANDI
Rəylər