Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Bərdədə müəllimənin həyat yoldaşını bıçaqlaması ilə bağlı yayılan iddiaya aydınlıq gətirilib
“Mingəçevir şəhər Bülbül adına 2 nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano ixtisası üzrə müəlliməsi Nuranə Mehdi qızı Nuriyevanın ailədaxili münaqişə zəminində həyat yoldaşına bıçaqla xəsarət yetirməsi barədə yayılmış məlumat ilə əlaqədar bildiririk ki, hadisə ilə bağlı məktəb rəhbərliyi tərəfindən Nuranə Nuriyeva ilə görüş keçirilib”.
Bu barədə APA-nın sorğusuna cavab olaraq, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsindən məlumat verib.
Bildirilib ki, görüş zamanı Nuranə Nuriyeva həyat yoldaşı ilə aralarında ailə münaqişəsinin olduğunu, həyat yoldaşı ilə ayrılmaq istədiyini bildirib, lakin həyat yoldaşına bıçaqla heç bir xəsarət yetirmədiyini qeyd edib:
“Eyni zamanda, nəzərinizə çatdırırıq ki, Nuranə Nuriyeva 11.03.2024-cü il tarixində Mingəçevir Şəhər Polis Şöbəsinə dəvət olunub”.
O da qeyd olunub ki, Nuranə Nuriyevanın məlumatına əsasən, əri ondan ayrılacağı təqdirdə özünə xəsarət yetirəcəyi, onu tutduracağı, işdən çıxaracağı, uşağı əlindən alacağı ilə şantaj edib (bu barədə səs yazıları da var). Sonuncu münaqişə zamanı da ərinin özünə xəsarət yetirdiyi bildirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru polis kapitanı Aslan Qiyaslı cavab olaraq bildirib ki, fakt üzrə Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.
"Bərdə" teqi üzrə xəbərlər
- Narkotikə görə tutulan şəxsin yeddi evdən oğurluq etdiyi məlum olub
- Ermənistanın Bərdəyə raket hücumu - "Maşının içinə baxanda gördüm ki, atam yanıb həlak olub"
- 15 yaşlı qızı öldürən Kənan intihar edibmiş: Sevinc qətlə yetirilərkən hamilə olub
- Ər arvadını bıçaqladı: Sonra da özünə xəsarət yetirdi
- "Qarpızları Bakıya vertolyotla aparıb sərgiyə qoyurdular" - Yerli fermerlər köhnə dad axtarışında
Rəylər