Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Baldızının 13 yaşlı qızına əxlaqsız hərəkətlər edən şəxsə cəza verildi
Şəmkir rayonunda baldızının yeniyetmə qızına qarşı əxlaqsız hərəkətlər edən kişi həbs edilib.
Publika.az-ın əldə etdiyi məlumata görə, barəsində Cinayət Məcəlləsinin 153.1-ci (16 yaşına çatmayan şəxsə qarşı əxlaqsız hərəkətlər) maddəsi ilə iş açılan T.Osmanov (şərti) oktyabrın 24-də həbs edilib.
Məlum olub ki, bir müddət əvvəl 40 yaşlı T.Osmanov yaşadığı evdə qonaq olan yeniyetmə qıza qarşı seksual xarakterli hərəkətlər edib. O, gecə saat iki radələrində cinsi ehtirasını təmin etmək niyyəti ilə yatmış vəziyyətdə olan qızın paltarlarını əynindən çıxarıb və digər əxlaqsız hərəkətlərə yol verib.
Qızın oyanmasından sonra T.Osmanov onu şantaj etməyə, başqa oğlanla yazışmalarını bildiyini və bu barədə atasına deyəcəyi ilə hədələməyə başlayıb.
Bundan sonra stres keçirən yeniyetmə qız evdən qaçıb və Şəmkir şəhərində yerləşən parkdakı süni gölə özünü ataraq intihara cəhd edib. Yaxınlıqdakı şəxslər qızı göldən çıxararaq həyatını xilas ediblər.
Fakt üzrə açılmış iş üzrə bir neçə gün əvvəl hökm çıxarılıb və T. Osmanova 1 il yarım azadlıqdam məhrumetmə cəzası təyin edilib. O, məhkəmə zalındaca həbs edilib.
"Əxlaqsız hərəkətlər" teqi üzrə xəbərlər
- Tələbə qıza əxlaqsız təkliflər edən kişi həbs edildi
- Taksi gözləyən qadına qarşı "Prius" sürücüsündən əxlaqsız HƏRƏKƏTLƏR
- 44 yaşlı kişi Bakının mərkəzində atasının gözü qarşısında azyaşlı qızın dodaqlarından öpdü
- Paytaxtda əxlaqsız hərəkətlər edən taksi sürücüsü HƏBS EDİLDİ
- Bakıda əxlaqsız hərəkətlər edən taksi sürücüsü SAXLANILDI
Rəylər