Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Bakıda yaşlı kişi amansızcasına döyüldü: ANBAAN GÖRÜNTÜLƏR
Bakıda yaşlı kişi amansızcasına döyülüb.
Hadisə iyulun 7-də gecə saat 01:30-da Nəsimi rayonu, Mövsüm Sənani, 106 ünvanında baş verib.
Qonşuların çəkdiyini videogörüntülərdən aydın olur ki, 3-4 nəfər yaşlı kişi ilə mübahisə edir. Daha sonra onlar yaşlı kişini amansızlıqla döyməyə başlayırlar.
Qonşulardan biri müdaxilə etməyə çalışsa da, tərəfləri sakitləşdirməyə nail ola bilmir.
Əraziyə polis əməkdaşları cəlb olunublar.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov "REAL" TV-nin sorğusuna cavab olaraq bildirib ki, Bakı şəhəri, Nərimanov rayonu ərazisində yaşayan Elmir Eldar oğlu Əlizadənin iyulun 7-də yaşadığı binanın qarşısında tanışı Valeh tərəfindən döyülməsi barədə Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinə müraciət daxil olub.
Araşdırma zamanı müəyyən olunub ki, vətəndaş Elmir Əlizadəni döyən şəxs paytaxt sakini 1985-ci il təvəllüdlü Valeh Əkbər oğlu Rəhmanovdur.
O, polis şöbəsinə gətirilərək izahatı alınıb.
Ətraflı süjetdə:
Rəylər