Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Bakıda məşhur avtosalonların sahibi həbs edildi
Bakı şəhərində fəaliyyət göstərən məşhur "Dubai Cars" avtosalonlarının sahibi həbs edilib.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 1975-ci il təvəllüdlü Zaur Həşimov Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, vətəndaşlardan daxil olan şikayətlər əsasında tutulub. Z.Həşimov zərərçəkənlərə qarşı külli miqdarda dələduzluq etməkdə ittiham olunur.
Onun əməlləri üzrə toplanan materiallar əsasında Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Z.Həşimovun saxlanılması faktı təsdiq edilib. Əlavə olaraq bildirilib ki, həmin şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə polis orqanlarına məlumat verə bilərlər.
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Bakıda ara məsafəsini gözləməyən sürücülərin törətdiyi qəzaların ANBAAN GÖRÜNTÜLƏRİ
- DYP-dən küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına MÜRACİƏT
- AYNA: "COP29-un doqquz günü ərzində 378 minə yaxın sərnişin daşınıb"
- Bu ilin 10 ayında avtomobil qəzalarında ölən velosipedçilərin sayı AÇIQLANDI
- YENİ DƏLƏDUZLUQ: Smartfonlara toy dəvətnamələri göndərərək, vətəndaşları ALDADIRLAR
Rəylər