Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Bakıda iki azyaşlı övladı olan qadın ərini ÖLDÜRDÜ - DETALLAR
Paytaxtın Xətai rayonu, Məhəmməd Hadi küçəsindəki binalardan birində baş vermiş dəhşətli qətlin təfərrüatı məlum olub.
Belə ki, aralarında yaranan mübahisə zamanı 37 yaşlı Raidə Mahmudova həyat yoldaşı 38 yaşlı Hacı Mahmudovun başına küt alətlə çoxsaylı zərbələr endirərək onu qətlə yetirib.
Binanın komendantı Cəfər Məmmədovun sözlərinə görə, ailə ilə bağlı daha əvvəl heç vaxt şikayət eşitməyib:
"Mehriban, sakit insanlar idilər. İl yarımdır ki, burada yaşayırdılar. İki azyaşlı övladları var. Dindar ailə idilər, xanım da hicablıdır".
Hadisə ilə bağlı Baş Prokurorluqdan bildirilib ki, faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Raidə Mahmudova iş üzrə şübhəli şəxs qismində saxlanılıb.
Ətraflı Baku TV-nin süjetində:
Oktyabrın 24-də saat 8 radələrində paytaxtın Xətai rayonu ərazisində 1986-cı il təvəllüdlü Hacı Mahmudovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Oxu.Az xəbər verir ki, bu barədə Xətai Rayon Prokurorluğu məlumat yayıb.
Araşdırma zamanı 1987-ci il təvəllüdlü Raidə Mahmudovanın birgə yaşadıqları mənzildə aralarında yaranmış mübahisə zamanı əri Hacı Mahmudovun baş nahiyəsinə küt alətlə zərbələr yetirməsi və çarpayıdan yerə itələməsi nəticəsində sonuncunun almış olduğu xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
Raidə Mahmudova iş üzrə şübhəli şəxs qismində tutulub.
"Qətl hadisəsi" teqi üzrə xəbərlər
- Apellyasiya şikayəti verdi, cəzası artırıldı - Tanışını qətlə yetirən şəxsin məhkəməsi
- Bakıda arvadını öldürən vəzifəli şəxsə bir il həbs cəzası verildi
- Bakıda 27 il əvvəl qətl törədən şəxslə bağlı QƏRAR
- Üç hərbçini öldürərək ömürlük cəza alan şəxs Ali Məhkəməyə müraciət etdi
- Bakıda 42 yaşlı qadın öldürüldü
Rəylər