Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Bakıda hoteldə hadisə: Yeni tanış olduğu qadınla gecələdi, soyuldu
Bakıda tanış olduğu şəxsin hoteldə pullarını oğurlayan qadına hökm oxunub.
Qaynarinfo-nun məlumatına görə, hadisə "Eleon" hoteldə baş verib.
Belə ki, 2005-ci ildə Bakı şəhərində doğulmuş Esmira (şərti) metronun Memar Əcəmi stansiyasının yaxınlığında ofisiant işlədiyi "555 çay evi"ndə Zamin (şərti) adlı müştəri ilə tanış olub.
Onlar Zaminlə "Eleon" hoteldə gecələyiblər. Zamin yatdıqdan sonra Esmira onun 1500 manat pulunu götürərək, hoteli tərk edib.
Məhkəmənin qərarı ilə qadın Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona iki ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.
Rəylər