Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Bakıda bir mənzili bir neçə nəfərə satıb 2,4 milyonluq dələduzluq etdilər
Çoxsaylı vətəndaş narazılığına səbəb olan "FAM-88" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Oxu.Az-a verilən xəbərə görə, istintaqla "FAM-88" MMC-nin təsisçisi Fəxrəddin Balaxan oğlu Hüseynovun həmin cəmiyyətin direktoru Rafiq Nərçə oğlu Tağıyev ilə əlbir olaraq MMC tərəfindən inşa olunmuş çoxmərtəbəli yaşayış binasında mənzil almaq üçün müraciət etmiş vətəndaşlara qanuni sahibləri olan mənzilləri saxta müqavilə və maliyyə arayışları tərtib edib təkrarən satmaqla 59 şəxsə məxsus ümumilikdə 2 milyon 400 min manatdan artıq pul vəsaitini ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.
İstintaq dövründə zərərçəkmiş şəxslərə vurulmuş ziyanın qismən ödənilməsi təmin edilib.
Toplanmış sübutlar əsasında Fəxrəddin Hüseynov və Rafiq Tağıyevə Cinayət Məcəlləsinin 178.4 (dələduzluq, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilərək barələrində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
"Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi" teqi üzrə xəbərlər
- 578 milyon manatlıq cinayət: Üç VƏZİFƏLİ ŞƏXS həbs olundu
- Sabiq vəzifəli şəxslərin bəzilərinin müsadirə edilmiş əmlaklarının yarısı geri qaytarılıb
- İxracdan əldə olunan külli miqdarda pulu ölkəyə qaytarmayan şəxslər həbs ediliblər
- Hərbi xidmətdən yayınmaq istəyən 400-dən çox şəxslə bağlı təqdimat verilib - RƏSMİ
- Rüşvətə görə həbsdə olan vəzifəli şəxslərin cəzaları azaldıldı