Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Bakıda aktyorun boynunu kəsib arvadını qətlə yetirdilər: Qanlı hadisənin TƏFƏRRÜATI
Oktyabrın 22-də Bakıda aktyor və arvadının qətlə yetirilməsi barədə yeni təfərrüat məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, 1973-cü il təvəllüdlü İslam Hadıyev tamah məqsədilə evə girib və cinayəti bu səbəbdən törədib.
Hadisə Nəsimi rayonunun Hüseynbala Əliyev küçəsi bina 4, mənzil 86 ünvanında qeydə alınıb.
Məlumata görə, İslam Hadıyev mənzilə daxil olub 85 yaşlı İosif Zusyeviç Tkaçın boynunu kəsdikdən sonra arvadı 80 yaşlı Lyudmila Tkaç Mixaylovnanın başına zərbələr endirərək onu qətlə yetirib.
Hadisə barədə Baku TV-yə danışan qonşu bildirib ki, qətlə yetirilən şəxslərin heç kimlə problemi olmayıb:
"Onları 60 ildir tanıyıram. Çox yaxşı münasibətimiz olub. Mehriban, problemsiz ailə idi. İki qızları var, Almaniyada yaşayırlar. Mən hadisənin şokundayam. Onların heç kimlə problemi yox idi. Dünən xəbəri eşidəndən yata bilməmişəm".
"İosif Tkaç çox istedadlı, çox pozitiv bir adam idi. Həm böyüklər, həm kiçiklər üçün qoyulan tamaşalarda böyük sevgi və enerji ilə oynayırdı və işindən zövq alırdı. Bütün kollektivlə çox mehriban, səmimi münasibətdə idi. Onu hamı çox sevir, hörmət bəsləyirdi".
Bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının müdir müavini İlham Məmmədov bildirib. Onun sözlərinə görə, İ.Tkaç teatrda 20 ildən çox fəaliyyət göstərib.
"Təqaüdə çıxandan sonra da teatrdan ayrılmamışdı. Tez-tez teatra baş çəkir, sevimli kollektivi ilə görüşürdü. Yoldaşı ilə münasibətləri yaxşı idi. Övladları, bildiyimiz qədərilə, xaricdə yaşayırdılar. Allah gözəl aktyorumuza rəhmət etsin! Kollektiv adından onu sevənlərə başsağlığı veririk", - deyə İ.Məmmədov əlavə edib.
Qeyd edək ki, İosif Tkaç "Красавец-мужчина" ("Yaraşıqlı kişi"), "Грешные истории" ("Günahla dolu əhvalatlar"), "Квартира" ("Mənzil"), "Наполеон 1" ("Napoleon 1"), "Театр" ("Teatr") və s. kimi tamaşalarda müxtəlif xarakterli rollarda oynayıb.
Xanım Aydın
Bakıda arvadı ilə birlikdə qətlə yetirilən 1939-cu il təvəllüdlü İosif Zusyeviç Tkaç aktyor olub.
Oxu.Az xəbər verir ki, İ.Tkaç 1970-ci ildə Azərbaycan Dövlət Politexnik İnstitutunu bitirib.
O, 1995-ci ildən Rus Dram Teatrının aktyoru olub.
İ.Tkaçın həyat yoldaşı Lyudmila Mixaylovna Tkaç Elitar Gimnaziyada müəllimə kimi çalışıb. O, 2015-ci ildə Prezidentin sərəncamı ilə Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə "Əməkdar müəllim" fəxri adına layiq görülüb.
Oktyabrın 22-də saat 21 radələrində Bakının Nəsimi rayonunda 1939-cu il təvəllüdlü İosif Zusyeviç Tkaçın və arvadı 1944-cü il təvəllüdlü Lyudmila Tkaç Mixaylovnanın qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1973-cü il təvəllüdlü İslam Hadıyev müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
"Qətl hadisəsi" teqi üzrə xəbərlər
- Apellyasiya şikayəti verdi, cəzası artırıldı - Tanışını qətlə yetirən şəxsin məhkəməsi
- Bakıda arvadını öldürən vəzifəli şəxsə bir il həbs cəzası verildi
- Bakıda 27 il əvvəl qətl törədən şəxslə bağlı QƏRAR
- Üç hərbçini öldürərək ömürlük cəza alan şəxs Ali Məhkəməyə müraciət etdi
- Bakıda 42 yaşlı qadın öldürüldü
Rəylər