Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Azərbaycanda özünü təmtəraqla hazırlanmış mağardan asan bəyin atası DANIŞDI
Qazaxda toy axşamında özünü asaraq intihar edən bəyin ölümü ilə bağlı bəzi detallar məlum olub.
Belə ki, oğlunun cansız bədənini atası İsmayıl Omarov aşkarlayıb.
O bildirib ki, oğlu toyuna dəm-dəsgahla hazırlaşırdı:
"Bağa getmişdim, dedim bəlkə traktorla ot gətirməyə gedib. Çönən kimi oğlumun asılmış meyiti gözümə sataşdı".
Mərhumun dostu Məhəmməd Ayvazovun sözlərinə görə, Əhliman Omarovun sevgi münasibəti üç il davam edib və aralarında heç bir problem olmayıb.
Qeyd edək ki, Əhliman Omarov Orta Salahlı kənd məzarlığında dəfn edilib.
Xatırladaq ki, hadisə may ayının 31-i Qazaxda baş verib. Orta Salahlı kənd sakini 27 yaşlı Əhliman Omarov özünü asaraq canına qıyıb. Onun intiharından üç gün əvvəl isə qız toyu olub. Qazax Rayon Prokurorluğu hadisənin baş vermə səbəblərini araşdırır.
Ətraflı Baku TV-nin süjetində:
İyunun 1-də baş tutmalı olan toyundan bir gün öncə özünü asaraq intihar edən bəyin qız toyundan görüntülər yayılıb.
Oxu.Az həmin görüntüləri təqdim edir:
Xatırladaq ki, hadisə may ayının 31-i Qazaxda baş verib.
Belə ki, Orta Salahlı kənd sakini 27 yaşlı Əhliman Omarov özünü asaraq canına qıyıb.
Yaxınları bildiriblər ki, həyatına son qoyan Əhliman dörd ildir sevdiyi qızla ailə qurmağa hazırlaşırmış.
Belə ki, onun intiharından üç gün əvvəl qız toyu olub. Əhlimanin sevdiyi xanımın əkiz bacısının qız toyu da onlarla eyni günə salınıbmış.
27 yaşlı gənc də məhz toyundan bir gün qabaq onun üçün təmtəraqla hazırlanmış mağardan özünü asıb.
Qazax Rayon Prokurorluğu hadisənin baş vermə səbəblərini araşdırır.
Aytac Qasımova