Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Azərbaycana qaçaqmalçılıq yolu ilə 60 kiloqram marixuana gətirən üç narkokuryer saxlanıldı
Ölkəyə qaçaqmalçılıq yolu ilə 60 kiloqram marixuana gətirən üç narkokuryer saxlanılıb.
Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən paytaxt ərazisində keçirilən növbəti tədbirlər zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Tələt Muradov, Şahlar Qasımov və Famil Əliyev saxlanılıblar.
Saxlanılanların üzərindən, ev və avtomobilindən 60 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, heroin, metamfetamin, 8780 ədəd metadon həbi və narkotiklərin satışında istifadə olunan elektron tərəzilər aşkarlanıb.
Araşdırmalarla müəyyən edilib ki, T.Muradov, Ş.Qasımov və F.Əliyev Sübhan və Razi adlı şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları ilə əlbir olaraq ölkəyə narkotiklərin gətirilməsini təşkil ediblər. Saxlanılan şəxslər qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotikləri Sumqayıt şəhərində dəniz kənarından əldə etdiklərini bildiriblər
Hər üç şəxs narkotikləri maddi qazanc əldə etmək məqsədi ilə Bakı şəhərində ayrı-ayrı ünvanlara yerləşdirməli imişlər. T.Muradov, Ş.Qasımov və F.Əliyev ölkə ərazisində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən əsas şəxslərdən olublar.
Faktlarla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.
"Narkotik vasitələrin qanunsuz dövriyyəsi" teqi üzrə xəbərlər
- On ayda narkotiklə bağlı 8108 cinayət faktı aşkarlanıb
- Yeddi min manatlıq cəriməsi olan sürücü HƏBS EDİLDİ
- Doqquz ayda narkotikin aşırı dozası nəticəsində neçə nəfər vəfat edib?
- Narkotik satmaqda ittiham olunan tiktokerin məhkəməsi keçirildi
- Meşədə narkotik vasitə yetişdirən keçmiş məhkumlar saxlanıldılar