Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Atasını öldürən şəxsin qardaşını güllələdi - Bakıdakı qətlin təfərrüatı
Dünən saat 20 radələrində Xəzər rayonu Mərdəkan qəsəbəsində 1972-ci il təvəllüdlü Amin Cabbar oğlu Xudaverdiyev ov tüfəngi ilə güllələnərək qətlə yetirilib.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən 1993-cü il təvəllüdlü Ruhulla Abdullazadənin atası ötən ilin noyabrında qətlə yetirilib. Belə ki, həmin vaxt Amin Xudaverdiyevin kiçik qardaşı Pərviz Xudaverdiyev silahla Ruhullanın atası Cavanşir Abdullayevi güllələyərək öldürüb. Polis tərəfindən saxlanılan və barəsində cinayət işi açılan P.Xudaverdiyevin istintaqı hazırda davam etdirilir.
Ötən gecə baş verən qətlin də məhz qisas zəminində törədildiyi deyilir.
Amin Xudaverdiyevin biznes fəaliyyəti ilə məşğul olduğu, yaşadığı Mərdəkan qəsəbəsində və ətraf ərazilərdə nüfuz sahibi olduğu bildirilir.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, R.Abdullazadə iş üzrə şübhəli şəxs qismində tutulub.
"Qəsdən adam öldürmə" teqi üzrə xəbərlər
- Rusiyada erməniəsilli qatil saxlanılıb
- Aparıcı Zaur Baxşəliyevin verilişi məhkəmədə müzakirə edildi
- Psixi problem olan şəxs anasını amansızlıqla qətlə yetirdi - MƏHKƏMƏ İŞİ
- Xaçmazda ər-arvadı öldürüb evlərini yandırmaqda təqsirləndirilən şəxslə bağlı qərar verilib
- Bakıda oğlan anasının boynunu sındırıb öldürdü: Dəhşətli QƏTLİN DETALLARI
Rəylər