Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
“Abzas Media” saytının əməkdaşı saxlanılıb
“Abzas Media” saytının əməkdaşı Nərgiz Absalamova saxlanılıb.
APA xəbər verir ki, ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Nərgiz Absalamovanın saxlanmasını təsdiqləyib, bildirib ki, araşdırma aparılır.
Qeyd edək ki, noyabrın 21-də “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, noyabrın 23-də isə direktor müavini Məhəmməd Kekalov barəsində qrup halında qaçaqmalçılıq ittihamı ilə həbs qətimkan tədbiri seçilib.
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar
Rəylər