Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Abşeronda evdən 130 min dollar oğurlanıb
İyulun 17-də Abşeron rayonu Saray qəsəbəsində yerləşən evlərdən birindən içərisində 130 000 ABŞ dolları və 700 qram qızıl-zinət əşyaları olan seyfin oğurlanması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Çin Xalq Respublikasının vətəndaşları - V.Zhijian və V.Hongfu ölkədən çıxmağa cəhd edərkən polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar. Onların üzərindən 17 306 dollar, 9 586 BƏƏ dirhəmi, müxtəlif xarici valyutalarda olan pul əsginasları və 147 qram qızıl-zinət əşyaları aşkar edilərək götürülüb.
Oğurlanan pul və zinət əşyalarının yerinin müəyyən edilməsi istiqamətində tədbirlər görülür.
Faktla bağlı Abşeron Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, şübhəli şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
"Oğurluq hadisəsi" teqi üzrə xəbərlər
- Gəncədə 61 minlik oğurluqda şübhəli bilinən şəxs saxlanıldı
- Bakıda 30 min manatlıq qapı və kondisionerləri oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
- Şəkidə oğurluq edən maskalı şəxslər tutulublar
- Türkiyənin məşhur müğənnisinə oğurluq şoku: Köməkçisi evini soydu
- Məktəb direktorunun otağından oğurluq edildi
Rəylər