Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Abşeronda doqquz nəfərdən 14 kiloqram narkotik aşkarlanıb
Abşeronda saxlanılan 9 nəfərdən 14 kiloqram müxtəlif növ narkotik vasitə aşkarlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotiklərin satışı ilə məşğul olan və narkokuryerliyə cəlb edilən şəxslərə qarşı silsilə tədbirlər həyata keçirilib.
Tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan - əvvəllər məhkum olunmuş Faiq Xudiyev Xırdalan şəhəri ərazisində saxlanılıb. Onun üzərindən və avtomobilindən 4 kiloqrama yaxın heroin və psixotrop maddə metamfetamin, eləcə də narkotiklərin satışında istifadə edilən elektron tərəzilər aşkarlanaraq götürülüb.
Saxlanılan şəxs narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Cəlilabad rayonunda əvvəlcədən müəyyənləşdirilən yerdən götürərək ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırıb.
İdarə əməkdaşları tərəfindən son 15 gün ərzində həyata keçirilən digər tədbirlərlə narkotiklərin satışını təşkil edən əvvəllər dəfələrlə məhkum olunmuşlar Rəhman Məmmədov, Sənan Rüstəmov, Aqşin Qubanov, Natiq Ağamirzəyev, Telman Cəfərov, Nicat Həkimov, Fərid Süleymanov və Rövşən Süleymanov saxlanılıblar. Bu şəxslərdən ümumilikdə 10 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, heroin, tiryək, psixotrop maddə metamfetamin, eləcə də 150 ədəd metadon və preqabalin həbləri, həmçinin elektron tərəzilər aşkar edilib.
Abşeron rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.
"Narkotik vasitələrin qanunsuz dövriyyəsi" teqi üzrə xəbərlər
- Bir neçə ay əvvəl tutulan narkotacir HƏBSXANADA ÖLDÜ
- Narkotik vasitənin təsiri altında qəza törədən sürücü həbs olundu
- "Sako" ləqəbli tiktoker həbs edildi
- Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edildi
- Azərbaycan gömrükçüləri diş məcunu qabından narkotik vasitə aşkar ediblər
Rəylər