Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
SOCAR və Sloveniya şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Sloveniyanın ən böyük təbii qaz təchizatı şirkəti "Geoplin" arasında qaz təchizatı sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.
Oxu.Az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.
Bildirilib ki, bu gün SOCAR prezidenti Rövşən Nəcəf Sloveniyanın ətraf mühit, iqlim və energetika naziri Bojan Kumer ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Sloveniya arasında enerji sektorunda əlaqələrin uğurla inkişaf etdiyi məmnunluqla qeyd olunub, təbii qaz təchizatı sahəsində əməkdaşlıq üçün geniş potensialın olduğu vurğulanıb.
"Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR)" teqi üzrə xəbərlər
- SOCAR ilə "Tree Energy Solutions" arasında Birgə Tədqiqat Sazişi imzalanıb
- Mikayıl Cabbarov və Rövşən Nəcəf Ken Vest ilə görüşdülər
- "SOCAR Green" və "PowerChina" şirkətləri Anlaşma Memorandumu imzalayıblar
- Hesablama Palatası: "SOCAR gələn il 462 milyon manat dividend ödəməli olacaq"
- Mikayıl Cabbarov:"İqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi vacibdir"
Ən çox oxunanlar