Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Samir Şərifov "Azəristiliktəchizat"ın qazanxanaları barədə: "Səmərəlilik olduqca aşağıdır"
"Azəristiliktəchizat"a dövlət büdcəsindən ildə 46 milyon manat vəsait ayrılır".
Modern.az xəbər verir ki, bunu Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, bu vəsait ona görə ayrılır ki, "Azəristiliktəchizat"ın əhalidən yığdığı tarif faktiki xərclərdən xeyli aşağıdır:
"Burada böyük zərər əmələ gəlir. Qazanxanaların səmərəliliyi olduqca aşağıdır. Ona görə daha müasir isitmə metodlarına keçmək lazımdır. Bununla bağlı təkliflər var və hazırda bunun üzərində işlənilir".
"Milli Məclis" teqi üzrə xəbərlər
Ən çox oxunanlar