Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Qeyri-iş günlərində və COP29 ərəfəsində banklar necə fəaliyyət göstərəcək?
Tariximizin şanlı səhifələrini yaşadan Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar qeyri-iş günləri olaraq müəyyən edilmiş 8-13 noyabr 2024-cü il tarixlərində bankların və "Azərpoçt" MMC-nin bir sıra filial və şöbələri, habelə valyuta mübadilə məntəqələri fəaliyyət göstərəcəklər.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Bildirilib ki, qeyd olunan qeyri-iş günlərində əhalinin və ölkəmizi ziyarət edən qonaqların valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 19 bankın 180 xidmət nöqtəsi (o cümlədən, 5 bank üzrə 12 xidmət nöqtəsi 24 saat rejimində olmaqla), "Azərpoçt" MMC-nin 68 şöbəsi, eləcə də valyuta mübadiləsinə lisenziya almış valyuta mübadiləsi məntəqələri müştərilərə xidmət göstərəcək.
Həmçinin noyabr ayında əlamətdar günlərin və COP29 tədbirinin təsadüf etdiyi qeyri-iş günlərində Mərkəzi Bankın 966 Qaynar xətti vətəndaşlara 09:00-18:00 saatları (13:00-14:00 fasilə) ərzində xidmət göstərməyə davam edəcək.
Qeyri-iş günlərində müvafiq maliyyə institutlarının iş qrafiki ilə bağlı məlumatı aşağıdakı keçidlərdən əldə etmək mümkündür:
Qeyd edək ki, iqlim dəyişikliyinə qarşı beynəlxalq fəaliyyətin təşviq olunmasında əsas platforma kimi çıxış edəcək COP29 konfransının keçiriləcəyi məkanlarda bankların ATM və POS-terminal infrastrukturunun davamlı fəaliyyətinin təmin olunması diqqət mərkəzində saxlanılacaq.
"COP29" teqi üzrə xəbərlər
- Türkiyədə tükürpərdən hadisə - Xəbərlərin 20:00 buraxılışı
- COP29-da azərbaycanlı uşaqlar iqlimlə bağlı aksiya keçiriblər
- "Haber Global": "Quterreş Bakıdan dünyaya səsləndi"
- David Lordkipanidze: "Düşünürəm ki, Bakıdakı COP29 indiyə kimi keçirilənlərin ən yaxşısıdır"
- Bu xəbərləri qaçırmayın: 21.11.2024-ün ən mühüm hadisələri