Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Qarabağ və Azərbaycan-Türkiyə Universitetləri üçün ümumilikdə 27 milyon manat vəsait ayrılacaq
Gələn ilin dövlət büdcəsindən Qarabağ Universitetinin fəaliyyətinin 2025-ci ildə təmin edilməsi məqsədilə 17 milyon manat vəsait ayrılması nəzərdə tutulub.
"Report" xəbər verir ki, bu, 2025-ci ilin dövlət büdcəsi zərfində əks olunub.
Universitetdə növbəti tədris ilindən etibarən 2500-dək tələbənin təhsil alması və yataqxanalarda yerləşdirilməsi planlaşdırılır.
Həmçinin, Azərbaycan-Türkiyə Universitetinin fəaliyyətinin növbəti ildə də təmin edilməsi məqsədilə 10 milyon manat vəsait proqnozlaşdırılıb.
Bunlarla yanaşı, "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial- iqtisadi inkişaf Strategiyası sənədinə uyğun olaraq ali təhsildə əlçatanlığın və keyfiyyətin artırılması, beynəlxalq rəqabətliliyin təmin edilməsi üçün keyfiyyəti ilə seçilən universitetlərdə və ya prioritet ixtisaslarda SABAH proqramları üzrə tədrisin təşkili (yeni tədbir) ilə bağlı xərclərin maliyyələşdirilməsi məqsədilə 10 milyon manat nəzərdə tutulub.
"Qarabağ Universiteti" teqi üzrə xəbərlər
- Allahın xarabalıqlar içərisindəki evi: Qarabağın gözü "Ağa" şəhəri
- Qarabağ Universitetində YENİ TƏYİNAT
- Qarabağ Universiteti - Regionda sülh və tərəqqiyə yol açan təhsil ocağı
- Qarabağ Universitetində təqaüd və istilik ANLAŞILMAZLIĞI - RƏSMİ AÇIQLAMA
- Qarabağ Universitetinin tələbələri beynəlxalq müsabiqənin finalına vəsiqə qazandılar