Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Peter Siyarto: "Enerji ilə bağlı istənilən sanksiyaları rədd edirik"
Macarıstanın enerji idxalı ilə bağlı çəkdiyi xərc 7 milyard avrodan 17 milyard avroya yüksəlib və 10 milyard avro əlavə xərc yarandığı səbəbdən enerji ilə bağlı sanksiyaları rədd edirik.
"Report" xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bu gün keçirilən Bakı Enerji Forumunun I günündə "Enerji təhlükəsizliyi və dayanıqlılığa dair beynəlxalq əməkdaşlıq" mövzusunda plenar müzakirələrdə deyib.
O bildirib ki, artıq enerji təchizatının təhlükəsizliyi məsələsi beynəlxalq siyasi münaqişəyə çevrilir:
"Bizim məqsədimiz enerji təchizatı ilə bağlı siyasi yanaşmaları, siyasi mübahisələri aradan qaldırmaqdır. Enerji təchizatını fəlsəfi və ideoloji məsələ kimi deyil, fiziki və riyazi məsələ kimi nəzərdən keçirməliyik və Macarıstanın enerji təchizatının təhlükəsizliyinə zəmanət vermək üçün istənilən ideoloji yanaşmanı, müdaxiləni rədd edirik. Ölkəmizin təhlükəsiz enerji təminatına zəmanət vermək suverenlik məsələsidir".
Nazir qeyd edib ki, hazırkı çətin şəraitdə qlobal miqyasda təhlükəsiz və dayanıqlı enerji təchizatını təmin etmək üçün üç əsas şərt var:
"İlk olaraq, nüvə enerjisinə qarşı mənfi ayrı-seçkiliyə son vermək lazımdır. İkinci, təbii qazı mərhələli şəkildə milli enerjidən ayırmaqla bağlı müdaxilələri aradan qaldırmaq lazımdır. Üçüncü şərt isə, maneəsiz, ədalətli və azad beynəlxalq enerji əməkdaşlığını məhdudlaşdıran bütün süni tədbirlərə yox deməkdir".
"Macarıstan" teqi üzrə xəbərlər
- Azərbaycan Macarıstanın Avropa İttifaqına sədrliyini alqışlayır
- Ərdoğan və Paşinyan arasında görüş olub
- Macarıstan Ukraynaya 50 milyard avroluq kreditin verilməsini əngəlləyib
- Macarıstan Aİ-dən çıxmaq istəyir?
- Viktor Orban: "Avropa Şurasının sədri kimi Azərbaycanla strateji əməkdaşlığı dəstəkləyirik"