Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Mikayıl Cabbarov ilə xarici şirkət rəhbəri arasında görüş keçirilib
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Technip Energies" şirkətinin İdarə Heyətinin üzvü Marko Villa ilə görüş keçirib.
Oxu.Az xəbər verir ki, bu barədə Mikayıl Cabbarov özünün "X" hesabında paylaşım edib.
"Ölkəmizin yaşıl artım və dayanıqlı inkişaf məkanına çevrilməsi prioritetinin reallaşdırılmasında xarici şirkətlərlə fəal əməkdaşlığımız davam edir. SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə "Technip Energies" şirkətinin İdarə Heyətinin üzvü və biznes üzrə baş direktoru Marko Villa ilə keçirdiyimiz görüşdə birgə icra edilən layihələr, aşağıkarbonlu biznes həllərinə keçid və yeni əməkdaşlıq perspektivləri barədə fikirlərimizi bölüşdük", - deyə paylaşımda qeyd olunub.
Ölkəmizin "yaşıl artım" və dayanıqlı inkişaf məkanına çevrilməsi prioritetinin reallaşdırılmasında xarici şirkətlərlə fəal əməkdaşlığımız davam edir.#SOCAR-ın (@SOCARofficial) prezidenti Rövşən Nəcəflə (@RovshanNajaf) birlikdə "@TechnipEnergies" şirkətinin İdarə Heyətinin üzvü… pic.twitter.com/omSnZkmLLb
— Mikayil Jabbarov (@MikayilJabbarov) October 4, 2024